Türkiyənin Kayseri şəhərindəki Abdullah Gül universitetində FETO əməliyyatına başlanıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu gün səhər keçirilən əməliyyatda 16 nəfər saxlanılıb.
Kayseri Cümhuriyyət Prokurorluğu universitetdə 16 nəfərin “camaat”la əlaqəli olduğunu və “ByLock”dan istifadə etdiyini sübut edib. Terrorla mübarizə qrupunun səhər saatlarında başladığı əməliyyatda onlar saxlanılıb.