Türkiyənin Adana əyalətindəki İncirlik hərbi hava bazasında ABŞ-a məxsus təyyarəni pilotsuz uçuş aparatı vasitəsilə vurmağı planlaşdıran terrorçu tutulub.
Yenicag.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, şübhəli bilinən terrorçu İŞİD qruplaşmasının silahlısı olub. Rusiya vətəndaşı olan terrorçunun Renad Bakiev olduğu bildirilir.
Qeyd edək ki, o, Türkiyədəki ələvi dərnəklərinə də hücum etməyi planlaşdırırmış.