Türkiyədə ağır döyüşlər: 68 PKK-çı öldürüldü

84479d77d3ae744b3f5feb00ad8c3c74Türkiyənin Şırnak vilayətinin Cizrə və Silopi rayonlarında PKK-ya qarşı aparılan əməliyyatlar çərçivəsində 4-cü gündə 68 terrorçu öldürülüb.

Terrorçulardan 3-ü sağ ələ keçirilib.

Türkiyə Silahlı Qüvvələri və polisin birgə həyata keçirdiyi əməliyyatlarda isə 1 çavuş şəhid olub, təhlükəsizlik qüvvələrindən 22 nəfər yaralanıb.

Silopi rayonunda xəstələrin xəstəxanaya daşınması üçün zirehli avtomobillərin qoruduğu ambulanslardan istifadə edilir.

Terrorçuların istifadə etdikləri güman olunan evlərdə isə araşdırmalar davam etdirilir.