Türkiyənin Diyarbakir-Mardin yolunun Çınar rayonundan keçən hissəsində çox sayda insan tələfatı ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Diyarbəkir Böyükşəhər bələdiyyəsinə məxsus sərnişin avtobusu ağır tonnajlı yük maşınına çırpılıb.
Verilən məlumata əsasən, qəzada 4 nəfər həlak olub, 25 nəfər yaralanıb.
Qəzaya səbəb kimi havanın yağışlı və dumanlı olması göstərilir.
Faktla bağlı araşdırma aparılır.