Qaziantepin İslahiye mahalında sərnişinləri daşıyan mikroavtobus ilə yük maşını toqquşub.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, toqquşmanın təsirindən hər iki avtomobil də xəndəyə yuvarlanıb. İlkin məlumata görə, qəza nəticəsində 8 nəfər ölüb, çox sayda insan yaralanıb.