!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə ağır yol qəzası - 10 ölü, 6 yaralı

!Reklam – Yazi

Türkiyənın Hatay vilayətində ağır yol nəqliyyat hadisəsi baş verib.

Yenicag.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Suriyadan qaçaq yolla sərhədi keçərək Türkiyə ərazisinə daxil olan köçkünləri daşıyan mikroavtobus qəzaya uğrayıb. Belə ki, jandarmanın saxlama əmrinə tabe olmayan sürücü təşviş içərisində sürəti daha da artırıb. Bu zaman mikroavtobus qarşıdan gələn yük maşını ilə toqquşub.

Qəza nəticəsində 10 köçkün hadisə yerindəcə keçinib. Mikroavtobusun sürücüsü də daxil olmaqla 6 nəfər ağır yaralanıb. Yaralılar Hatay xəstəxanalarına aparılıb.

Jandarma hadisə ilə əlaqədar geniş miqyaslı istintaq başladıb.

www.yenicag.az

2040
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv