Türkiyədə ağır yol qəzası – 20 dən çox yaralı var

Türkiyənin Qaziantep bölgəsində 2 servis xidmətinin avtobusu toqquşub. 

Yenicag.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, ağır yol qəzasında 3-ü ağır olmaqla 22 nəfər yaralanıb.

Məlumata görə, qəzaya səbəb sürücülərin idarəetməni itirməsi olub.

Faktla bağlı araşdırma aparılır.