Türkiyədə ağır yol qəzası: 4 ölü

Türkiyənin paytaxtı Ankara şəhərinin Çankaya rayonunda ağır yol qəzası baş verib.

Yeniçağ.Az-ın “Trend”ə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 2-si uşaq olmaqla 4 nəfər həlak olub, 1 nəfər isə yaralanıb.

Qeyd olunur ki, xəsarət alan dərhal xəstəxanaya çatdırılıb.

Yeniçağ.Az