Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Türkiyədə ağır yol qəzası- Azı 22 hərbçi xəsarət aldı

Türkiyənin Antalya əyalətində hərbçiləri daşıyan avtobus qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, ötən gecə Kestel qəsəbəsi yaxınlığında baş verən qəza nəticəsində azı 23 nəfər xəsarət alıb. Onlardan 22-nin hərbçilər olduğu bildirilir.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti qənaətbəxşdir.

İlkin məlumata görə, sürücü idarəetməni itirib, nəticədə avtobus aşıb. Əsgərlər ötən gün Türkiyə Super Liqası çərçivəsində keçirilmiş “Alanyaspor” – “Trabzonspor” matçındakı vəzifə borclarını yerinə yetirdikdən sonra geri qayıdarkən qəzaya uğrayıblar.

www.yenicag.az

1796
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM