Türkiyədə ağır yol qəzası oldu, 6 nəfər öldü, 43 nəfər yaralandı

Türkiyənin Dənizli şəhərinin Honaz rayonunda idarəetmədən çıxan yük avtomobili (TIR) qarşı tərəfə keçərək sərnişin avtobusu ilə toqquşub.

Yenicag.az xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 05:00-da (Bakı vaxtı ilə 06:00) baş verən hadisədə 6 nəfər ölüb, 43 nəfər yaralanıb.

Qeyd olunub ki, zərbənin gücündən hər iki nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

COP29