Türkiyədə ailə faciəsi: Oğlunu xilas etmək istəyən ata və ana boğuldu – FOTO

Türkiyədə ailə faciəsi yaşanıb.

Yenicag.az xəbər verir ki, hadisə ölkənin Kastamonu vilayətində baş verib.

Belə ki, göldə balıq tutmaq istəyən övlad anidən gölə yıxılıb. Bunu görən ata və ana övladlarını xilas etmək üçün gölə girib. Nəticədə hər üçü həyatını itirib.

Ailənin Qurban bayramını qeyd etmək üçün Ankaradan Kastamonuya qonaq gəldiyi bildirilib.