Türkiyədə “Akkuyu”nin işçiləri qəzaya düşüb, ölənlər var

Türkiyənin Mersin vilayətinin Silifke rayonunda “Akkuyu” AES-in işçilərini daşıyan avtobus qəza törədib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, avtobus qarşı zolağa keçərək digər bir avtobus və minik avtomobili ilə toqquşub.

Nəticədə, “Akkuyu”nun iki əməkdaşı ölüb, 35 nəfər yaralanıb.

Yaralılar xəstəxanalara yerləşdiriliblər.

COP29