!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Türkiyədə ali təhsil fürsətləri" mövzusunda konfrans keçirilib- Fotolar+Video  

!Reklam – Yazi

İstanbul Kəmərburqaz Universiteti, Azəredu və Xarici Təhsil Məsləhətxanasının dəstəyi ilə bu gün Azərbaycanın paytaxtı Bakıda “Türkiyədə ali təhsil fürsətləri” mövzusunda konfrans keçirilib.

İstanbul Kəmərburqaz Universitetinin rektoru prof. dr. Çağrı Erhan, Türkiyə Respublikasının Bakıdakı səfiri Erkan Özoral, Ali Heyətin üzvü prof. dr. Beril Dedeoğlu və Türkiyə Maarif Vəqfinin heyət üzvü dos. dr. Cihad Dəmirli çıxış edərək konfransı açıq elan ediblər.

Türkiyənin Bakıdakı səfiri Erkan Özoral Türkiyə və Azərbaycan arasındakı əlaqələrin hər sahədə olduğu kimi təhsil sahəsində də çox yaxşı inkişaf etdiyini qeyd edib.

Dos. Dr. Cihad Dəmirli isə Türkiyə ilə təhsil sahəsində razılaşma əldə etmiş ölkələr haqqında məlumat verərək işlərinin nəticələrindən danışıb.

“Türkiyədə ali təhsil fürsətləri” adlı ilk iclasda, İstanbul Kəmərburqaz Universitetinin rektoru prof. dr. Çağrı Erhan, Ankara Universitetinin rektoru prof. dr. Erkan İbiş və İstanbul Universitetinin rektoru prof. dr. Mahmud Ak çıxış ediblər.

“Türkiyədə xarici tələbə olmaq” adlı ikinci iclasda isə İstanbul Kəmərburqaz Universitetinin Beynəlxalq Ofis və Programlar üzrə dairə başçısı Şenay Gümüş, Azəredu və Xarici Təhsil Məsləhətxanasının sədri Emrah Köknar çıxış ediblər.

Konfransda Türkiyəyə ən çox tələbə göndərən ölkələr arasında ilk sıralarda dayanan Azərbaycanın şagird və tələbələrinə, YÖS imtahanları, qeydiyyat prosesləri kimi mövzularda ətraflı məlumatlar verilib.

2015-2016 akademik ilinin statistikalarına görə, Azərbaycan vətəndaşı olan 12 min 504 tələbə Türkiyədə təhsil alır. Türkiyədə təhsil alan xarici tələbələr içərisində Azərbaycanlılar daha çox üstünlük təşkil edir. Ötən il Türkiyədə təhsil almaq üçün qəbul olmuş Azərbaycan vətəndaşı olan tələbələrin sayı, Suriyadan sonra ikinci yerdə qərarlaşıb.

Yeniçağ.Az

www.yenicag.az

980
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv