Türkiyədə anti-terror əməliyyatları – 3 terrorçu zərərsizləşdirildi

Türkiyədə 3 PKK-lı terrorçu zərərsizləşdirilib.

Yenicag.az Türkiyə Daxili İşlər nazirliyinə istinadən xəbər verir ki, Türkiyənin Mardin şəhərində 3 terrorçu zərərsizləşdirilib.

Nazirlikdən Mardin şəhərinin Ömərli bölgəsində həyata keçirilən əməliyyatlar çərçivəsində 3 terrorçunun silahları ilə birgə zərərsizləşdirildiyi bildirilib.