Türkiyədə anti-terror əməliyyatları davam etdirilir – 4 terrorçu zərərsizləşdirildi

Türkiyə Silahlı Qüvvələri tərəfindən daha dörd terrorçu zərərsizləşdirilib.

Yenicag.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Anti-terror əməliyyatları zamanı Şırnak Cudi və Ağrı Tendürək dağlarında, ümumilikdə 4 terrorçu zərərsizləşdirilib. Əməliyyat davam etdirilir.