Türkiyədə antiteror əməliyyatı – 8 PKK terrorçusu məhv edildi

Türkiyənin güc strukturları ölkənin cənub-şərqində PKK silahlılarına qarşı növbəti antiteror əməliyyatı keçirib.

Yenicag.az xəbər verir ki, əməliyyat nəticəsində ölkənin Şırnak əyalətində 8 terrorçu zərərsizləşdirilib.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildiriblər.

Nazirlik bildirib ki, əyalətdə əməliyyatlar davam etdirilir.