Türkiyədə antiterror əməliyyatı keçirildi – Çox sayda saxlanılan var

Türkiyənin 36 vilayətində antiterror əməliyyatı keçirilib.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

“Gürz-8” kod adı altında keçirilən əməliyyat çərçivəsində PKK terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 222 şəxs saxlanılıb.

DİN rəhbəri qeyd edib ki, antiterror əməliyyatı Türkiyənin kəşfiyyat xidməti tərəfindən planlaşdırılıb və əlaqələndirilib.