Türkiyədə ard-arda zəlzələ

Türkiyədə Mərmərə dənizində iki zəlzələ qeyd alınıb.

Yenicag.az xəbər verir ki, 3.3 bal gücündə olan birinci zəlzələ yerli vaxtla saat 18.56-da baş verib. Yerlatı təkanların ocağı 15.4 kilometr dərinlikdə yerləşib.

3.6 bal gücündə olan ikinci zəlzələ yerli vaxtla saat 19.05-də olub. Yerlatı təkanların ocağı 12.6 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.