Türkiyədə ATIŞMA – Gömrük İdarəsinin avtobusuna raket hücumu

Ağrı şəhərinin Doğubəyazid rayonunda Gürbulaq Gömrük İdarəsinin avtobusuna raket hücumu olub.

Yenicag.az xəbər verir ki, hadisə ilə bağlı Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu öz “Twitter” hesabında məlumat verib.

“Raket maşının ön təkərinə dəyib. Hadisə nəticəsində yaralananlar var. Terrorçuları təqib edib sıxışdırmışıq. Hazırda atışma davam edir” deyə bildirib.

COP29