Türkiyədə aviareyslər təxirə salındı – SƏBƏB

Türkiyənin İstanbul şəhərində güclü qar yağması ilə əlaqədar daxili və beynəlxalq aviareyslər təxirə salınıb.

Yenicag.az-ın məlumatına görə, kəskin hava həm Atatürk, həm də Sabiha Gökçen hava limanlarında uçuşlara təsir edib.

Daxili reyslərdən İstanbul-Ərzurum, İstanbul-Giresun, İstanbul-Sinop və İstanbul-İzmir reysləri baş tutmayıb.

İstanbul-Saloniki və İstanbul-Koşitse beynəlxalq reysləri də təxirə salınıb.