Türkiyədə avtobus aşdı – 5 hərbçi öldü, 10-nu yaralandı

Türkiyənin Mersin əyalətində hərbçiləri daşıyan avtobus aşıb.

Yenicag.az xəbər verir ki, hadisə nəticəsində avtobus sürücüsü və 5 hərbçi ölüb, 10 hərbçi isə yaralanıb.

Məlumata görə, avtobusdakı hərbçilər Şimali Kipr Türk Respublikasına gedirmiş.

Qəza səbəbilə Mut-Karaman avtomobil yolu bağlanıb.