Türkiyədə avtobus aşdı, 5 nəfər öldü, 30 nəfər yaralandı

Türkiyənin Amasya şəhərinin Merzifon rayonunda sərnişin avtobusu aşıb.

Yenicag.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb.

Qəzada 30 nəfərin də yaralandığı bildirilir. Yaralılar xəstəxanaya çatdırılıb.

Qəzaya səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.