Türkiyənin Sivas vilayətinin Gürün rayonunda sərnişin avtobusu aşıb.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində 2 nəfər ölüb, 20 nəfər yaralanıb.
Məlumatda bildirilib ki, qanunsuz köç edən miqrantları ölkədən geri qaytarma məntəqəsinə aparan avtobus Malatya-Kayseri yolunun Mazikiran ərazisinə düşən hissəsində aşıb.
Hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub.