Türkiyədə avtobus aşdı – Yaralılar var

Türkiyədə ağır yol qəzası baş verib.

Yenicag.az Türk mediasına istinadən xəbər verir ki, İstanbul şəhərində avtobus aşıb.

Hadisə nəticəsində ən azı 6 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar xəstəxanaya çatdırılıb.

Qəzanın baş vermə səbəbləri araşdırılır.