!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə avtobus aşıb: yaralılar var

!Reklam – Yazi

Türkiyədə bir neçə nəfərin xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.

Yeniçağ.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Konyada qeydə alınıb. Belə ki, Karaman-Konya avtomobil yolunun 50-ci kilometrliyində səyahət avtobusunun aşması nəticəsində 14 nəfər xəsarət alıb.

Yaralılar ayrı-ayrı xəstəxanalara yerləşdirilib. Onların həyatı üçün hər hansı təhlükənin olmadığı bildirilir. Hadisənin sürücünün gözlənilmədən yola çıxan iti vurmamaq üçün avtomobili manevr etdirməsi səbəbindən meydana gəldiyi bildirilir.

Yeniçağ.Az

www.yenicag.az

705
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv