Türkiyədə avtobus dərəyə aşdı – 23 yaralı

Muğlanın Bodrum rayonunda işçiləri daşıyan avtobus dərəyə aşıb.

Yenicag.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, qəzada 23 işçi yaralanıb.

Qeyd olunub ki, nəqliyyat vasitələrinə texniki qulluq şirkətinin işçilərini daşıyan avtobus Atatürk Bulvarında yağış səbəbindən sürüşərək idarəetmədən çıxıb.