Türkiyədə avtobus qəzası – 19 yaralı

Türkiyənin Ərzincan vilayətində avtobus aşıb.

Yenicag.az xəbər verir ki, qəza nəticəsində 19 nəfər xəsarət alıb.

Xəsarət alanların xəstəxanaya yerləşdirilib. Onlardan 5-nin vəziyyətinin ağır olduğu bildirilib.

Qeyd olunur ki, qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub.