Türkiyədə avtobus qəzası: 3 nəfər öldü, 14 nəfər yaralandı

Türkiyənin Mardin şəhərinin Midyat bölgəsində avtobus aşıb.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər həlak olub, 14 nəfər yaralanıb.

Əraziyə çox sayda təcili yardım əməkdaşları cəlb olunub.

Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.