Türkiyədə avtobus qəzası: Ölən və yaralananlar var – FOTO

Türkiyədə toydan sonra qonaqları daşıyan mikroavtobus qəzaya uğrayıb. Faciə nəticəsində ölən və yaralananlar var.

Yenicag.az xəbər verir ki, hadisə Bilecik vilayətində baş verib. Mikroavtobus Bilecik-Sakarya magistral yolunda idarəetmədən çıxaraq orta yoldakı baryerlərə çırpılaraq aşıb.

Qəzada bir qadın həlak olub, 3-ü uşaq olmaqla 13 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Qəzanın səbəbləri araşdırılır.

Mənbə: Haber Global