Türkiyədə avtobus qəzaya uğradı, ölənlər və yaralananlar var – FOTO

Türkiyənin Konya vilayətində turist avtobusu qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, hadisə nəticəsində 5 nəfər həlak olub, daha 26 nəfər isə xəsarət alıb.

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə ətraflı məlumat verilməyib.

Qeyd olunur ki, qəzaya yolun buz bağlaması səbəb olub.