Türkiyənin Dənizli ətrafında şəhərlərarası avtobusun yük maşını ilə toqquşması nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb.
Yenicag.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb .
“Didimdən Alanyaya sərnişin daşıyan 60 yaşlı sürücünün idarə etdiyi şəhərlərarası sərnişin avtobusu yanacaqdoldurma məntəqəsindən çıxaraq yük maşınına çırpılıb”, – məlumatda qeyd olunub.
Qəzanın qurbanının Bolqarıstan vətəndaşı olduğu dəqiqləşdirilir. Zərərçəkmiş 20 nəfərdən üçünün vəziyyəti ağır qiymətləndirilir və onlar xəstəxanalara çatdırılıb.