“Türkiyədə Azərbaycanı kimdən soruşsan…” – Sinan Burhan – Yenicag.Az

Reklam

Reklam

Bu gün Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə Türkiyə Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi, “Yeni Çağ” Media Qrupu, Azərbaycan Türkiyə Evi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistlər Assosasiyası, Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Bakıda Beynəlxalq Media Forumu öz işinə başlayıb.

Yenicag.az xəbər verir ki, forumda çıxış edən Anadolu Yayımçılar Dərnəyinin sədri Sinan Burhan da Azərbaycanla Türkiyənin bir-birinə dəstəyindən danışıb:

“Anadolu Yayınçılar Dərnəyi olaraq bundan sonra Azərbaycan mediası ilə sıx çalışacağıq. Hər iki ölkənin vətəndaşı bir-birinə könüldən bağlıdır. Türkiyədə Azərbaycanı kimdən soruşsan, böyük bir sevgi ilə danışacaq. 15 iyul gecəsində Aqil Ələsgərlə birlikdə Konya şəhərində idik. O gecə xain FETÖ-çular bizi üçüncü dünya ölkəsi səviyyəsinə endirmək istədilər. Azərbaycan prezidenti cənab İlham Əliyev və Azərbaycan xalqı Türkiyəyə dəstəyini əsirgəmədi.

Sonda isə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Milli Mətbuat Günü münasibəti ilə hamınızı təbrik edirəm”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2105
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."