Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyi iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafı, qardaş ölkədə “Made in Azerbaijan” brendinin və Azərbaycandakı investisiya mühitinin təşviqi, ölkəmizin qeyri-neft ixracının artırılması istiqamətində fəaliyyətini davam etdirir.
İqtisadiyyat Nazirliyindən Yenicag.az-a bildirilib ki, 2023-cü ilin iyun ayında fəaliyyətə başlayan Ticarət Nümayəndəliyi ötən il Türkiyədə dövlət və iş adamları ilə görüşlər keçirib, ölkəmizdə, xüsusilə də işğaldan azad edilmiş ərazilərimizdə mövcud olan investisiya imkanları, tətbiq olunan güzəştlər və stimullar barədə məlumat verib, türk iş adamlarından ibarət nümayəndə heyətlərinin Azərbaycana səfərlərini təşkil edib.
Hazırda Ticarət Nümayəndəliyi “Yabancı yatırım düşünüyorsanız, size yabancı olmayan Azerbaycana gelin” şüarı ilə qardaş ölkənin iş adamlarının məlumatlandırılması ilə bağlı işlər görür. Bu baxımdan nümayəndəlik tərəfindən ölkəmizin ticarət və investisiya imkanlarını daha dinamik və interaktiv şəkildə təqdim etmək üçün hazırlanmış videoçarx maraqla qarşılanır. Videoçarxla aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: https://bit.ly/3Sh01jb