Türkiyədə baş verən zəlzələdə tanınmış aktyorun evi dağılıb

Türkiyənin Elazığ bölgəsində baş verən 6,8 ballıq zəlzələdə bir çox ev yararsız hala düşüb.

Yenicag.az türk mediasına xəbər verir ki, 41 nəfərin həyatını itirdiyi zəlzələdə mərhum aktyor Kemal Sunalın böyüyüb boya-başa çatdığı ev də yararsız hala düşüb.

Qeyd edək ki, Elazığda olan zəlzələ ətraf vilayətlərdə, o cümlədən, Malatyada da dağıntılara səbəb olub.