Türkiyədə baş vermiş zəlzələlərdə ölü sayı 50 399-a çatdı

Türkiyədə baş vermiş zəlzələlərdə ölü sayı 50 399-a çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.

Xatırladaq ki, fevralın 6-da səhər saatlarında və ondan 9 saat sonra Türkiyənin Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib.