!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə bayram günü terror – Yaralıların sayı artır – Foto,Video Yenilənib

!Reklam – Yazi

terrorTürkiyənin Van şəhərində partlayış törədilib.

Türkiyədə baş verən terror aktı nəticəsində yaralıların sayı 48-ə çatıb.

Van Valiliyi saat 11.50 radələrində bomba yüklü avtomobilin partladılması nəticəsində 2-i polis olmaqla, 46-ı vətəndaş olmaqla 48 nəfərin yaralandığını açıqlayıb.

Van Polis İdarəsinin rəisi Suat Ekici bildirib ki, içərisində partlayıcı olan, dayanacaqda dayanmış mikroavtobus partladılıb.

* * *

Türkiyənin Van şəhərində baş verən terror hadisəsi nəticəsindəı yaralıların sayı 27-ı çatıb. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qərargahı ilə Van Valiliyi arasındakı ərazidə törədilən partlayışda 2-i polis olmaqla, 27 nəfər yaralanıb. Yaralılardan 3-nün vəziyyəti ağırdır.

AKP-nin Van millət vəkili Burhan Kayatürk yaralıların durumunun ağır olmadığını açıqlayıb.

Təhlükəsizlik qüvvələri partlayışı törədən PKK terrorçularının yaxalanması üçün əməliyyata başlayıb.

Qeyd edək ki, Van şəhərində hakim Ədalət və İnkişaf Partiyasının qərargahı ilə Van Valiliyi arasındakı ərazidə güclü partlayış baş verib. Partlayış bomba yüklü avtomobilə törədilib. Partlayışdan sonra başlayan yanğın qısa müddətdə su vuran polis maşını (TOMA) ilə söndürülüb.

* * *

Partlayış Van şəhərində hakim Ədalət və İnkişaf Partiyasının qərargahı ilə Van Valiliyi arasındakı ərazidə baş verib.

Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşını göndərilib. Hadisə yerindən verilən məlumata görə, partlayış bombalı maşınla təşkil edilib.

İlkin məlumata görə, hadisə nəticəsində 11nəfər yaralanıb.

 

www.yenicag.az

805
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv