Türkiyədə koronavirus pandemiyası ilə əlaqədar olaraq bayram namazları ləğv edilib.
Yenicag.az xəbər verir ki, ölkədə Ramazan bayramı ilə əlaqədar mayın 23-24-də məscidlərdə keçirilməli olan bayram namazlarının qılınmaması qərarı verilib.
Qeyd edək ki, Türkiyədə bu günədək 152 mindən çox şəxs koronavirusa yoluxub, 4 222 nəfər isə ölüb.