Türkiyədə zəlzələ oldu

Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunda zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, beş bal gücündə zəlzələ yeddi kilometr dərinlikdə baş verib.

Zəlzələ yerli vaxtla 08:35-də (Bakı vaxtı ilə 09:35 – red.) qeydə alınıb.

Mənbə: Sabah