Türkiyənin “Sabiha Gökçen Beynəlxalq Hava Limanı”nda bu gündən xarici dövlətlərə uçuşlar başlayıb.
Yenicag.az xəbər verir ki, ilk uçuş yerli vaxtla 08:40-da İstanbuldan Londona olub.
Ardınca “Anadolujet” Amsterdam, Düsseldorf, Frankfurt, Berlin, Münhenə səfərlər təyin edilib.
Eyni zamanda, Ankaranın “Esenboğa Hava Limanı”ndan Berlinə səfər planlaşdırılıb.
Qeyd edək ki, Türk Hava Yolları koronavirusa görə martın 28-dən uçuşları təxirə salmışdı. Ölkədə daxili uçuşlar artıq iyunun 1-dən başlayıb.