Türkiyədə bir gündə 102 nəfər koronavirusdan vəfat etdi – STATİSTİKA

Türkiyədə son 24 saat ərzində 20 min 428 nəfərdə COVID-19 aşkar edilib, 102 nəfər vəfat edib.

Yenicag.az xəbər verir ki, Türkiyənin Səhiyyə nazirliyi koronavirusla bağlı statistikanı açıqlayıb.

Açıqlanan rəqəmlərə görə, ölkədə günlük yoluxma sayı 20 min 428 nəfər təşkil edib. Sutka ərzində 17 min 615 nəfər xəstəlikdən sağalıb, 102 nəfər isə koronavirus səbəbindən vəfat edib.

Hazırda ölkə xəstəxanalarında 1568 nəfər ağır COVID-19 xəstəsi müalicə alır.