Türkiyədə bir gündə 167 nəfər vəfat etdi

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 167 nəfər dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 392 min 438 nəfərin test edildiyi, 67 min 857 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 56 min 256 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.