Türkiyədə bir gündə daha 181 nəfər vəfat etdi

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 181 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 416 min 453 nəfərin test edildiyi, 72 min 555 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 87 min 192 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.