Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyədə bir neçə zəlzələ oldu - Evlərdə çatlar yarandı

Kayserinin Sarıoğlan bölgəsində 4,6 bal gücündə zəlzələ olub.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD)bildirib.

Yeraltı təkanlar yerli vaxtla saat 03:02-də qeydə alınıb, zəlzələ ocağı 18,2 kilometr dərinlikdə yerləşib.

Tələfat qeydə alınmayıb, lakin bildirilir ki, zəlzələnin baş verdiyi Sarıoğlan rayonunda bəzi evlərin divarlarında çatlar yaranıb.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi isə zəlzələnin 5,2 bal gücündə olduğunu xəbər verib.

Qeyd edək ki, bu, son günlər Türkiyədə qeydə alınan növbəti zəlzələdir. Dünən yerli vaxtla saat 23:46-da da İzmirin Karaburun rayonunda da 4,8 bal gücündə zəlzələ baş verib. Bundan əvvəl Karaburunda daha 3 zəlzələ qeydə alınıb. Ən böyük yeraltı təkan 5,1bal gücündə olub. Zəlzələlər yerli vaxtla saat 08:46-da Egey dənizinin sahilində qeydə alınıb.

Loading...

www.yenicag.az

110