Türkiyədə bir sutkada 116 nəfər COVID-19-un qurbanı oldu

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 116 nəfər ölüb.

Yenicag.az xəbər verir ki bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca son koronavirus statistikasını açıqlayarkən bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 158 811 şübhəli koronavirus testindən keçib, onlardan 4215-nin cavabı pozitiv çıxıb, 2592 xəstə isə sağalaraq evə buraxılıb.

Ağır xəstə sayı 3742 nəfər olub.