Türkiyədə koronavirusa yoluxanların sayı 18 135 nəfərə çatıb.
Yenicag.az xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.
O qeyd edib ki, son bir gündə 2 456 koronavirusa yoluxub. Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 18 135 nəfərə çatıb, ölənlərin sayı isə 79 nəfər artaraq 356 nəfərə yüksəlib.