Türkiyədə bir sutkada 4 747 yoluxma qeydə alındı

Türkiyədə daha 4 747 nəfər koronavirusa yoluxub.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

“Daha 98 nəfər pandemiyadan həyatını itirib. Ölənlərin ümumi sayı 1 006 nəfərə çatıb. Bu gün 30 864 test keçirilib, 4 747 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 47 029 nəfərdir. Bu gün daha 281 pasiyent sağaldı, ümumi say 2 423 nəfərdir”, – nazir bildirib.