Türkiyənin Bursa şəhərində həbsxanaya məxsus avtobusa bombalı hücum təşkil edilib.
Yenicag.az TRT-yə istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində bir nəfər həlak olub, 4 nəfər də yaralanıb.
Hadisə yerinə çox sayda polis əməkdaşı və xilasedicilər cəlb edilib.
Bursa vilayət rəhbəri Yaqub Canbolat hadisənin terror hücumu olub-olmadığının araşdırıldığını bildirib.