!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə bombalı hücumun qarşısı alındı

!Reklam – Yazi

Türkiyədə polisin diqqəti sayəsində terror aktının qarşısı alınıb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Qaziantep polisi PKK/KCK-PYD/YPG terror təşkilatının dövlət orqanları və insanların sıx toplaşdığı yerlərdə terror hadisəsi törətməyi planladıqları kəşfiyyat bilgisi əldə edib. Məlumatdan dərhal sonra şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib.

Daha sonra polislər tərəfindən Şəhər İcra Hakimiyyətinin binasının arxasında, “100-cü il” parkında şübhəli əşya aşkar edilib. Şübhəli paket təhlükəsiz şəkildə partladıldıqdan sonra içində əldəqayırma bomba olduğu aydınlaşdırılıb.

Terrorçuların yaxalanması ilə bağlı araşdırma aparılır.

www.yenicag.az

591
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv