Türkiyədə böyük əməliyyat başladı

emeli

Ankara Polis İdarəsi 8 min 500 polisin iştirakı ilə geniş “əmin-amanlıq əməliyyatı”na başlayıb.

Anadolu Agentliyi xəbər verir ki, əməliyyat daxili işlər nazirinin göstərişi ilə yaxınlaşan Qurban bayramı öncəsi təhlükəsizliyi təmin etmək məqsədilə keçirilir.

Əməliyyat çərçivəsində paytaxtın 70 nöqtəsində vətəndaşların sənədləri yoxlanılır.

Bundan əlavə qurbanlıq satışını həyata keçirən heyvan bazarlarında da nəzarət gecləndirilib.