Türkiyədə bu şəxslər karantindən azad edildi

Türkiyədə koronavirus əleyhinə peyvəndin hər iki dozasını vurduran şəxslər karantindən azad edilib.

Yenicag.az xəbər verir ki, bununla bağlı ölkənin səhiyyə nazirliyi yeni sənəd yayımlayıb.

Sənəddə qeyd olunub ki, COVİD-19 əleyhinə peyvəndin hər iki dozasını vurduran şəxslərin vaksinasiya olunmasının üzərindən 14 gün keçdikdən sonra yoluxmuş şəxslərlə təmasda olduqları müəyyən edilsə də, həmin şəxslər karantinə alınmayacaqlar.

Nazirlikdən, həmçinin bu qərarın koronavirusun Cənubi Afrika və Braziliyada yayılan mutant versiyaları aşkar edilən şəxslərlə təmasda olmuş vətəndaşlara aid edilmədiyi qeyd edilib.